“Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır” - Müdafiə Nazirliyi

21:00 14.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun mülki əhalinin də müalicə olunduğu hospitala atəş açması barədə yaydığı məlumat yalandır.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu heç bir mülki infrastruktura və qeyri hərbi hədəfə atəş açmır:

"Ordumuz humanitar atəşkəs rejiminə ciddi əməl edir".